Holifild yenidən Taysonla döyüşmək istəyir

05:40 11-01-2021 372

Keçmiş boksçu və dünya çempionu Evander Holifild məşhur rəqibi dünya çempionu Mayk Tayson ilə yenidən döyüşmək istəyir. 

Bu barədə Holifild özü açıqlama verib.

58 yaşlı boksçu bildirib ki, artıq Taysonla danışıqlar baş tutub. O, rəqibinin son qərarını gözləyir.

Qeyd edək ki, bu iki boksçu arasında 1997-ci ildə baş tutan döyüşdə Tayson rəqibinin qulağını dişləyərək, ona qaydalardan kənar çox ciddi xəsarət yetirmişdi.

Nəticədə boksçu diskvalifikasiya edilmiş və 3 milyon dollar məbləğində cərimə olunmuşdu.