Həbib Nurməhəmmədova daha bir döyüş keçirmək təklif olunur

08:40 11-01-2021 22

UFC-nin rəhbəri Dana Uayt rusiyalı döyüşçü Həbib Nurməhəmmədovu daha bir döyüş keçirməyə razı salmağa cəhd edəcək.

REN TV ESPN-ə istinadən xəbər verir ki, Uayt yaxın zamanda Həbiblə görüşəcək və bu mövzu barədə müzakirə aparacaq.

“Bu görüşün necə keçəcəyini bilmirəm, amma onu daha bir döyüşə qatmaq üçün əlimdən gələni edəcəyəm. Döyüş sənətinin pərəstişkarı kimi onun daha on dəfə döyüşməsini istəyirəm”, deyə, o, bildirib.