Bitkilərin sığortası üçün müraciətlərin tarixləri açıqlanıb - FOTO

15:00 11-01-2021 442

Bitkilərin sığortası üçün müraciətlərin tarixləri açıqlanıb.

Aqrar Sığorta Fondundan verilən məlumata əsasən, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortasına başlanılıb.

Fermerlər aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığortalaya bilərlər. Bunlar - buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, üzüm, limon, narıngi, portağal, çay, fındıq, pambıq və tütündür.

Belə ki, fermerlər və əkin sahələrinin sahibləri 2021-ci ildə bitkilərin sığortalanması üçün müraciətlərə başlaya bilərlər. Fond tərəfindən ayrı-ayrı bitki məhsulları üzrə fenoloji müddətləri nəzərə alınmaqla sığorta müraciətlərinin başa çatma tarixləri də müəyyən edilib.

Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək olar.