Üçtərəfli görüşdə hansı mövzular müzakirə olundu? - Xəbərlərin 17:00 buraxılışı

17:00 11-01-2021 367

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Moskvada gözlənilən üçtərəfli görüş baş tutdu. Prezidentlər və Baş nazir 10 noyabr Bəyanatının reallaşması və gələcək addımları müzakirə etdi.

“Qaldırılan məsələlərin baxılması və həlli yolları sosial şəbəkədə deyil. Müraciətlər yeni yaradılmış komissiyaya ünvanlanmalıdır” - Müdafiə Nazirliyi ordudan tərxis olunanlara müraciət etdi.

Türkiyədən ölkəmizə 20 psixoloq dəvət olundu. Mütəxəssislər müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza kömək edəcək.

Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: