Həmyerlimiz Qazaxıstanda deputat oldu

17:40 11-01-2021 390

Qazaxıstanda “Azərbaycanlılar Assosiasiyası” İctimai Birliyinin sədri Əbülfəz Xamedov milli məclisin deputatı seçilib.

Bu barədə “Sputnik” Qazaxıstan məlumat yayıb.

Səsvermədə “Qazaxıstan Xalqı Assambleyası”nın 351 üzvü iştirak edib. Namizədlərdən doqquzu 50 faizdən çox səs toplayıb.

Onlardan biri də həmyerlimiz Əbülfəz Xamedovdur.