Prezident İlham Əliyev: “Azərbaycan Rusiya ilə effektiv əməkdaşlığa köklənib”

21:40 11-01-2021 385

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya ilə səmərəli əməkdaşlığa kökləndiklərini, artıq bu il koronavirus pandemiyası ilə əlaqədar bütün itkilərin kompensasiya ediləcəyinə əminliyini ifadə edib.

TASS agentlyi xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüş zamanı fikir bildirib.

“İkitərəfli münasibətlərə gəldikdə, pandemiya ilə əlaqədar çətin bir il olmasına baxmayaraq, ticarət dövriyyəmizdə çox ciddi bir azalma yoxdur. Əminəm ki, bu il, o cümlədən iqtisadi sahədə, bütün məsələləri kompensasiya edəcəyik. Siyasi sahədə isə Azərbaycan və Rusiya artıq uzun müddətdir ki, strateji tərəfdaşdırlar”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Azərbaycan Prezidenti Rusiyanın müharibənin bitməsində, eləcə də sülhməramlı missiyada fəal iştirakına toxunaraq söyləyib ki, bu, strateji tərəfdaşlıq münasibətlərinin uzunmüddətli və çox yaxşı dinamikaya malik olmasının göstəricisidir.