“Zadəganlar”ın akademiyası fəaliyyətini dayandırdı

02:20 12-01-2021 447

İngiltərənin “Çelsi” futbol klubunun akademiyası fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Bu barədə Goal.com saytı məlumat yayıb.

Belə ki, akademiyanın oyunçuları arasında COVID-19-a 20 yoluxma faktı aşkarlanıb.

Rəhbərlik bütün futbolçulara və məşqçilərə evdə qalmaları barədə tapşırıq verib.