İpoteka kreditləri üçün limitlərin aktivləşdirilməsi tarixi açıqlandı

18:00 12-01-2021 506

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2021-ci il üzrə ipoteka kreditləri üçün limitlər ayrılıb.

Fonddan verilən məlumata əsasən, 2021-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən, güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Bildiririb ki, limitlərin aktivləşdirilməsi 14 yanvar 2021-ci il tarixində saat 10:00-da başlayacaq.