Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq

22:00 12-01-2021 402

Prezident İlham Əliyev Əmək Məcəlləsində edilən dəyişikliklə bağlı Qanunu təsdiqləyib.

Təsdiqlənmiş dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər Günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir.

Digər bir dəyişikliklə isə məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım Günü”dür. Həmin gün iş günü hesab edilir.

Zaur Xudiyev