Edam məhkumları həbsxanadan qaçdı - VİDEO

23:00 12-01-2021 391

Misirdə edam hökmü cəzasına məhkum edilən üç dustaq həbsxanadan qaçmağı bacarıb.

Bu barədə “İhlas Haber Ajansı” (İHA) məlumat yayıb.

Qeyd olunur ki, hər üç şəxs narkotik və silah alveri ittihamı ilə həbs edilib.

Həbsxanadan qaçış anı cəzaçəkmə müəssisəsinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hazırda dustaqların axtarışı istiqamətində tədbirlər görülür.