Rusiya səmasında meteorit partlayıb - VİDEO

03:00 13-01-2021 451

Kamçatka üzərində Yer atmosferində meteorit partlayıb.

“Zvezda”nın iməlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının “Vahid Geofiziki Xidmət” Federal Tədqiqat Mərkəzinin Kamçatka şöbəsi xəbər yayıb.

Hadisə şahidləri səma cisminin həırəıkəti ilə bağlı sosial şəbəkələrdə videolar paylaşıblar.

Alimlər bildirirlər ki, meteorit məhv olmazdan əvvəl atmosferin sıx təbəqələrində 55 saniyə hərəkətə davam edib.

İlkin qiymətləndirməyə görə, səma cisminin diametri 10 metrdən az hesab edilib. Bununla belə, partlama enerjisi trotil ekvivalentində 1-5 kiloton aralığında olub.