Trampa dəstək verən tanınmış milyarder vəfat edib

05:40 13-01-2021 396

Dünyanın ən zəngin adamlarından biri, “Las Vegas Sands”ın qurucusu Şeldon Adelson vəfat edib.

Məlumat “Las Vegas Sands” korporasiyasının saytında yerləşdirilib.

Qeyd edilir ki, 87 yaşlı Ş.Adelson qan xərçəngindən əziyyət çəkirdi.

“Forbes” jurnalı Ş.Adelsonun sərvətini 30 milyard dollardan çox olduğunu yazırdı.

O, həmçinin Donald Trampa dəstək verən tanınmış iş adamlarından biri sayılırdı.