İlham Əliyev ona “Şöhrət” ordeni verdi - SƏRƏNCAM

14:40 13-01-2021 498

Prezident İlham Əliyev İlham Məmmədhəsən oğlu Rəhimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Məmmədhəsən oğlu Rəhimov “Şöhrət” ordeni ilə təltif edilir.