Premyer Liqa Bakı Kristal Zalında keçiriləcək

23:20 13-01-2021 27

Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirinin proqramı bəlli olub.

Yarışdan əvvəl karate hakimləri üçün 7-11 mart tarixlərində kurs keçiriləcək və onlardan imtahan götürüləcək.

Yarış isə 12-14 mart tarixlərində baş tutacaq. Kişi və qadın karateçilər üzrə beş kateqoriya çəki dərəcəsində döyüşlər keçiriləcək.

Kumite və kata yarışlarında qızıl medalçılar 750 avro qazanacaq. 500 avro gümüş medalçılara, 200 avro isə bürünc mükafatçılara veriləcək.

Qeyd edək ki, yarış I Avropa Oyunlarında olduğu kimi, Bakı Kristal Zalında keçiriləcək.

Səbuhi Musayev