Almaniya çempionu 2-ci Bundesliqa klubuna uduzdu - VİDEO

10:00 14-01-2021 27

Almaniyanın “Bayern” klubu ölkə kubokundan kənarda qalıb.

1/16 finalda Münhen klubu 2-ci Bundesliqa klubu olan “Holştayn”a uduzub.

Kil təmsilçisi rəqibi ilə görüşün 90+5-ci dəqiqəsində hesabı bərabərləşdirib – 2:2. Nəticədə oyun əvvəl əlavə vaxta, burda da qol vurulmayınca penaltilər seriyasına gedib.

Tam əsas heyətlə meydana çıxmayan Almaniya çempionu rəqibinə məhz penaltilər seriyasında 5:6 hesabı ilə uduzaraq ölkə kubokunda mübarizəni erkən başa vurub. “Bayern”dən penaltilər seriyasında dəqiq oynamayan futbolçu oktyabrda “Espanyol”dan alınan ispaniyalı mərkəz yarımmüdafiəçisi Mark Roka olub.

Səbuhi Musayev