ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək - YENİLƏNİB

17:20 14-01-2021 342

“Biz qayıtdıqdan sonra komandamızı təşkil edəcəyik. Orada üzv ölkələrin nümayəndələri təmsil olunacaq. Həmiçinin qeyri-üzv ölkələrdən də orada nümayəndələr iştirak edəcək”.

“Report” xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

“Səfərin tarixi ilə bağlı hələ ki, heç nə deyə bilmərəm. Həftənin sonunda bununla bağlı ekspertləri təyin edəcəyik. Onların səlahiyyətlərini müəyyənləşdirməliyik. Biz ümid edirik ki, fevralın sonunda texniki komanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək”, - o bildirib.

17:10

“Ermənilər etnik təmizləmə ilə yanaşı, mədəni irsin məhv edilməsi siyasətini də həyata keçiriblər. Hətta qəbiristanlıqlarımız da dağıdılıb. Bunlar cinayətdir”.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.

“Biz əminik ki, ICESCO bu faktları gördükdən sonra hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim ediləcək. Azad olunmuş ərazilərə texniki missiya göndərəcək. Həmin missiya dağıdılmış yerləri qeydiyyata alacaq və beynəlxalq ictimaiyyətə təqdim edəcək”, - nazir bildirib.