Türkiyəli aktrisanın makiyajsız fotosu gündəm yaratdı - FOTO

13:40 16-02-2021 409

Türkiyəli aktrisa Berrak Tüzünataç makiyajsız fotosu ilə gündəm yaradıb.

O, filtirsiz fotosunu “Instagram” hesabının hekayə bölməsində “Sevincli bir gün” qeydi ilə paylaşıb.

“Exxen” platformasında qonaq olduğu proqrama müsahibə verən Tüzünataç uşaq vaxtı çəkisinin çox olduğunu, 2013-cü ildən qlütensiz qidalar qəbul etdiyini deyib.

Qeyd edək ki, 36 yaşlı aktrisa bir neçə həftə əvvəl sevgili olduğu həmkarı Əli Yörencdən ayrılıb.