“Tottenhem”in futbolçuları Mourinyodan narazıdır

14:00 16-02-2021 382

Londonun “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo komandasının uğursuz nəticələrindən sonra tənqidlərin hədəfinə çevrilib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Nəşr qeyd edir ki, portuqaliyalı mütəxəssisin fəaliyyətindən eyni zamanda futbolçularının bəziləri də narazıdır. Onlar arasında Mourinyonun son açıqlamalarında tənqid etdiyi Dele Alli və Qaret Beyl də var. Bu vəziyyət Premyer Liqanın son altı qarşılaşmasında beş dəfə məğlub olmuş “Tottenhem”in digər futbolçularının da ürəyincə olmayıb.

Klub rəhbərliyi isə hələlik baş məşqçi ilə yollarını ayırmağı düşünmür. Çünki müqaviləni pozacağı halda “Tottenhem” Mourinyoya külli miqdarda təzminat ödəməli olacaq.