Güzəştli kredit üçün müraciət edənlərin sayı açıqlandı - FOTO

14:40 16-02-2021 494

Ötən il ərzində Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kredit almaq məqsədilə sahibkarlıq subyektləri tərəfindən 27 müvəkkil kredit təşkilatına ümumilikdə 1 193 müraciət daxil olub.

HerGun.Az-ın məlumatına əsasən, müvəkkil kredit təşkilatları tərəfindən müraciətlərin 1 174-ü müsbət qiymətləndirilib, 19 müraciətə isə sahibkarların təqdim etdiyi sənədlərin qaydaya uyğun olmaması səbəbindən imtina edilib.

Müraciətlərin ümumi investisiya tələbatı 403 milyon 14,4 min manat, ümumi kredit tələbatı 175 milyon 624,7 min manat olub.

2020-ci il ərzində Fondun vəsaiti hesabına güzəştli kredit almaq məqsədilə sahibkarlıq subyektləri tərəfindən 17 müvəkkil kredit təşkilatı vasitəsi ilə Fonda ümumilikdə 1 072 müraciət daxil olub.

Müraciətlərin 886-sı müsbət qiymətləndirilib, 186 müraciətə isə sahibkarlıq subyektinin təqdim etdiyi hüquqi sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən imtina verilib.

Müraciətlərin ümumi kredit tələbatı 179,8 milyon manat, o cümlədən müsbət qiymətləndirilmiş müraciətlər üzrə 88,5 milyon manat, imtina edilmiş müraciətlər üzrə isə 91,4 milyon manat olub.

Fonda daxil olan 1 072 müraciətdə 4 660 yeni iş yeri açılması nəzərdə tutulub ki, bunun da 2 521-i (54,1 faizi) məqbul sayılan layihələrin payına düşüb.