“Caliber” məkan və reallıq hissini itirən erməni diplomatları barədə - VİDEO

19:20 16-02-2021 546

Hamımızın yaxşı tanıdığı Mikael Minasyan növbəti dəfə sayıqlayıb. O bildirib ki, yüksək rütbəli iranlı diplomat onunla söhbəti zamanı Ermənistan hakimiyyətinin fərsiz siyasəti sayəsində bölgədəki mövcud geosiyasi sistemin çökməsini,  Azərbaycan və onun müttəfiqlərinin bütün istiqamətlərdə üstünlük qazanmasını bəyan edib.

HerGun.Az xəbər verir ki, “Caliber” layihəsinin “YouTube” kanalındakı növbəti buraxılışda məhz bu barədə danışılır.

“Əlbəttə ki, bu Minasyanın növbəti sayıqlamalarıdır. Hamımız bilirik ki, İran tərəfi olduqca ehtiyatlı diplomatiya aparır. Onlar heç bir zaman belə sözü deməzlər, özü də Minasyan kimi birisinə. Çünki bilirlər ki, sabah onların dedikləri sosial şəbəkələrdə olacaq. Bu baxımdan Minasyanın dediklərini İran diplomatiyasının bağçasına atılmış bir daş olaraq qiymətləndirmək olar. Faktiki olaraq o, iranlı həmkarlarını qeyri-peşəkarlıqda ittiham edir”, - deyə verilişdə bildirilir.

Layihə müəllifləri hesab edirlər ki, Ermənistanın Vatikandakı keçmiş səfirinin sözləri düşünülmüş provokasiyadır.

Daha ətraflı “Caliber”in növbəti buraxılışında.