“Lotus” 2030-cu ilin yarış elektromobilini nümayiş etdirib - FOTO

03:20 17-02-2021 535

“Lotus” şirkəti 2030-cu ildə işıq üzü görəcək E-R9 indeksli yarış elektromobilinin konseptual görünüşünü nümayiş etdirib.

“Motor.ru” portalının məlumatına görə, futuristik dizayna malik elektromobil “Evija” hiperkarının bazasında hazırlanıb.

Yarış elektromobili dörd müstəqil elektrik mühərriki tərəfindən hərəkətə gətirilir. Onun kuzovunun panelləri müqavimət qüvvəsini azaltmaq və hava axınını tənzimləmək üçün öz formasını dəyişə bilir. Dəyişikliklər həm avtomatik, həm də manual rejimdə həyata keçirilir.