Avstraliyanın müdafiə nazirinin kabinetində zorlanma faktı ilə bağlı araşdırma aparılır - FOTO

04:00 17-02-2021 25

Avstraliyanın Baş naziri Skott Morrison ölkənin müdafiə nazirinin parlamentdəki kabinetində baş vermiş zorlanma hadisəsi ilə bağlı yerli “9 News” xəbər kanalında çıxış edib.

“RİA Novosti” xəbər verir ki, hökmət başçısı hadisəyə görə üzr istəyib, qadınlara qarşı davranış mədəniyyətinin dəyişməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, hadisə 23 mart 2019-cu ildə baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Brittani Hiqqins öz iş yoldaşı tərəfindən nazir Linda Reynoldsun parlamentdəki kabinetində zorlanıb. Həmin anda xanım içkili vəziyətdə olub və otaqdakı divanda yatıb. İş yoldaşı isə onun bu vəziyyətindən istifadə edib. B.Hiqqins yalnız iki il sonra, fevralın 12-də bu barədə polisə şikayət ərizəsi yazıb.  

Artıq müdafiə nazir Linda Reynolds da baş vermiş hadisəyə görə rəsmən üzr istəyib.