İran və Rusiya birgə təlimləri başlayıb

05:00 17-02-2021 368

İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyin Xanzadə İran və Rusiya tərəfindən başladılan “Dəniz Təhlükəsizlik Kəməri” adlı iki günlük hərbi təlim haqqında məlumat verib.

“Anadolu” agentliyi xəbər yayır ki, Hindistan Hərbi Dəniz Qüvvələri də İran və Rusiya donanmalarının hərbi təlimlərində iştirak edəcək.

“Əvvəlki təlimlərə Çin Dəniz Donanması da qatıldı, lakin bu ilki təlim onların yeni illərinə təsadüf etdiyi üçün iştirak edə bilmədilər”, - deyə Xanzadə bildirib.

Təlimin sözçüsü Qulam Rıza Tehani təlimin Hind Okeanının şimalında və Ərəb dənizində 17 min kilometrlik geniş bir ərazini əhatə etdiyini vurğulayıb.

Tehani beynəlxalq dəniz ticarəti təhlükəsizliyinin gücləndirilməsi, dəniz quldurluğu, dəniz terrorizmi ilə mübarizə, axtarış və xilasetmə sahələrində məlumat mübadiləsi və taktiki əməliyyatlarda təcrübə ötürülməsi kimi məsələlərin manevrin əsas hədəflərindən biri olduğunu qeyd edib.

Oxşar təlim eyni bölgədə İran, Rusiya və Çin donanmaları tərəfindən 2019-cu ilin dekabrında keçirilib.