Aut mərkəzdən rəqibin cərimə meydançasına atıldı - VİDEO

06:00 17-02-2021 23

Futbolda aut atmaqdan söhbət gedəndə ilk ağla gələn şəxs “Stok Siti”nin sabiq futbolçusu Rori Delapdır.

Onun autdan meydana daxil etdiyi top 40 metrə qədər məsafə qət edə bilirdi.  

Ancaq İranda Rori Delapdan da yaxşı nəticə göstərən istedad üzə çıxıb. İranın “Peykan” klubunun mərkəz müdafiəçisi Nadir Məhəmmədi “Persepolis”lə qarşılaşmada təxminən 50 metr məsafədən autdan topu rəqibin cərimə meydançasına qədər atmağı bacarıb.

Qeyd olunur ki, N.Məhəmmədi artıq bir neçə dəfə oxşar aut atışı ilə diqqət çəkib.