Rusiyanın ən varlı adamı məlum oldu

08:40 17-02-2021 471

Rusiyada “Nornikel”in ortaq sahibi Vladimir Potaninin sərvəti 30 milyard dollara çatıb ki, bu da Rusiya vətəndaşı üçün mütləq rekorddur.

“Forbes Real Time” bu barədə xəbər yayır.

Onun sərvətinin çoxalmasının səbəbi “Nornikel”in səhmlərinin kotirovkalarının artması ilə əlaqələndirilir.

Bildirilir ki, şirkətin səhmlərinin böyüməsinə Norilskdə yanacaq tökülməsi səbəbindən ətraf mühitə ziyan vurduğu üçün 146 milyard rubl məbləğində məhkəmə ödənişi də təsir göstərə bilməyib.

Şirkətin qiymətli kağızlarındakı artım eyni zamanda, metal səbətinin son beş ildə ən yüksək səviyyələrdə ticarət etməsi ilə izah olunur: Bir ton nikelin qiyməti 18 700 dollar, misin 8 400 dollar, palladium unsiyası 2 470 dollar və platin 1 300 dollara çatıb.

Əlavə etmək lazımdır ki, digər metallurqlar siyahıda Potanindən geri qalırlar. Beləliklə, “Severstal”ın ortaq sahibi Aleksey Mordaşovun sərvəti 28,4 milyard dollar, NLMK-nin ortağı Vladimir Lisininki isə 26 milyard dollardır.