Gəncədəki partlayışda xəsarət alanın kimliyi bilindi - YENİLƏNİB + FOTO

12:40 17-02-2021 366

Gəncə şəhərində mənzillərin birində baş verən partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.

Gəncə Birləşmiş Şəhər Xəstəxanasının direktoru Nazim Əhmədov HerGun.Az-a bildirilib ki, baş verən hadisə nəticəsində 1988-ci il təvəllüdlü Məmmədov Vasif Əli oğluna sol qaşüstü nahiyyənin əzilmiş yarası ilə təcili tibbi yardım göstərilib:

“O, təcili tibbi yardım xəstəxanasına gətirilib. Hazırda xəstəxanadadır. Vəziyyəti kafidir”.

10:42

Gəncə şəhərində mənzillərin birində partlayış baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə bir nəfər yanıq xəsarətləri alıb.

İlkin məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib. 

Mənzil yararsız hala düşüb.

İlhamə Əbülfət