Yuri Podolyaka: “Ermənistanın açıqlamaları cəfəngiyyatdır”

14:40 17-02-2021 416

Ukraynalı hərbi ekspert Yuri Podolyaka Ermənistanda ölkənin nüvə silahına sahib olma hüququ ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.

O, Media.Az-a verdiyi müsahibəsində deyib ki, nüvə silahının yaradılması böyük xərc tələb edir:

“Kim Ermənistana bu məbləğdə pul verər, həm də belə şey üçün? Bu sadəcə boş səs-küydür”.

Ukraynalı ekspert həmçinin Ermənistanın “çirkli bomba” istifadə edəcəyi təqdirdə nələrin baş verə biləcəyindən də söz açıb:

“Əgər ölkə “çirkli bomba” istifadə edərsə “təcrid olunmuş dövlət”ə (rogue states) çevriləcək. Və Azərbaycan ordusu daha da irəli gedə bilər, bu zaman Ermənistanı müdafiə etmək üçün hansısa arqument sadəcə olmayacaq”.

“Düşünürəm ki, indi Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir, qondarma “vətənpərvərlər” intiqam almağa cağırır, Azərbaycanla müharibəyə hazır olduqlarını deyirlər. Ancaq bu açıqlamaların hamısı cəfəngiyyatdır”, - deyə Podolyaka bildirib.