DİN-dən sürücülərə maksimum az istifadə edilməli yollarla bağlı XƏBƏRDARLIQ - FOTO

19:00 17-02-2021 382

Azərbaycanın bəzi rayonlarında qar yağıb.

Hava şəraiti Şəmkir, Gədəbəy yolunda da çətinlik yaradıb.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov HerGun.Az-a bildirib ki, yağan qar nəticəsində maşınların hərəkətin Şəmkir Gədəbəy yolunda xüsusən Yasamal aşırımlarında çətinlik yaranıb:

"Sürücülərdən xahiş olunur ki bu yoldan maksimum az istifadə etsinlər".

İlhamə Əbülfət