Koronavirusun ilk hibrid növü aşkarlanıb

00:40 18-02-2021 332

ABŞ alimləri koronavirusun iki müxtəlif ştammının birləşməsindən yaranan yeni hibrid növünü aşkar ediblər.

“Daily Mail” nəşri məlumat verir ki, Hyu-Meksiko ştatındakı Los-Alamos milli laboratoriyasının həkimi Bett Korber tərəfindən aşkar edilən ştamm koronavirusun ilk hibrid növüdür.

Həkimin sözlərinə görə, virusun hibrid növü Britaniyada yaranmış B.1.1.7 və ABŞ-da qeydə alınmış B.1.429 ştamlarının qarışığından əmələ gəlib. Hələlik, bu növ hibrid virus yalnız bir nəfərdə aşkarlanıb. Onun keçicilik dərəcəsi məlum deyil. Lakin hibrid ştamma yoluxmuş şəxslərin sayının artması istisna olunmur.