Bakıda yeniyetmə zəncirvari yol qəzasında xəsarət aldı

01:00 18-02-2021 26

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Üç avtomobilin toqquşması nəticəsində 13 yaşlı Nurlan Vəliyev xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin və yumşaq toxumalarının əziyi diaqnozları qoyulub.