Bitkoinin dəyəri 52 min dolları ötdü

02:40 18-02-2021 321

Dünyanın ən populyar kriptovalyutası bitkoinin yüksəlişi davam edir.

“CoinDesk” portalının məlumatına görə, fevralın 17-də Bakı vaxtı ilə saat 23.35-də kriptovalyutanın qiyməti tarixdə ən yüksək həddə qalxaraq 52.232 dollar səviyyəsinə çatıb.

Xatırladaq ki, bitkoin “Tesla” şirkətinin bu kriptopula 1.5 milyard dollar yatırım etməsi və öz elektromobillərini bitkoin qarşılığında satması qərarından sonra bahalaşmağa başlayıb.