Xuan Laporta: “Messi ona xərclənəndən daha çox qazandırır”

05:00 18-02-2021 362

“Barselona” klubunun prezidentliyinə namizəd Xuan Laporta Lionel Messinin komanda üçün əhəmiyyətindən danışıb.

Bu barədə Sports.ru məlumat yayıb.

“Mən Messinin “Barselona”da qalması üçün mümkün olan hər şeyi edəcəm. Bunun üçün ciddi təklif etmək lazımdır. Messiyə layiq olduğu kimi sevgi ilə yanaşmaq lazımdır. Təklif maliyyə baxımından layiqli olmalıdır, lakin o, bunu pul üçün etmir. Mən onu yaxşı tanıyıram. O, burada pula görə olanlardan deyil. Əlbəttə, idman baxımından rəqabət qabiliyyətli təklif lazımdır, çünki o, qalibdir, “Barselona” ilə yenidən qalib gəlmək istəyir.

Messi klubun xərclərinin təxminən 8 faizinə başa gəlir, lakin o, klubun gəlirlərinin 30 faizini yaradır. Leo “Barselona”ya böyük gəlir gətirir, həmin gəlirlər isə klub üçün çox vacibdir. O, ona xərclənəndən daha çox qazandırır”, - deyə X.Laporta bildirib.