Neftin qiyməti 65 dolları ötdü

09:40 18-02-2021 421

“Brent” markalı neftin aprel fyuçersləri Londonun ICE birjasında 1,2 faiz bahalaşaraq bir barelinin qiyməti 65,12 dollar təşkil edib.

TASS-ın məlumatına görə, bu göstərici gecə 05:01-də aparılan ticarət əməliyyatları zamanı qeydə alınıb.

“Brent” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin yanvarından bu yana ilk dəfə 65 dolları keçib.

Saat 05:10-da isə “Brent” bir qədər də bahalaşıb (1,7 faiz) və bir barelinin qiyməti 65,46 dollar olub.

WTI markalı neft də 1,7 faiz bahalaşıb və bir barelinin qiyməti 62,21 dollara bərabər olub.