Trampın 39 mərtəbəli hoteli partladıldı - VİDEO

10:40 18-02-2021 365

Nyu-Cersi ştatının Atlantik Siti şəhərində ABŞ-ın keçmiş prezidenti Donald Trampa məxsus 39 mərtəbəli “Trump Plaza” hoteli və qumarxanasının partladılma yolu ilə dağıdılmasının görüntüləri yayılıb.

Lenta.ru-nun məlumatına görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Kadrlarda göydələnin 30 saniyədən az müddətə dağıdıldığı görünür.

Hotel hələ 2014-cü ildə iflas edib. Bina çökməyə başladığı üçün onun sökülməsi qərarına gəlinib.

Qeyd edək ki, 1984-cü ildə açılan kazino Hollivud aktyorları, rok ulduzları və idmançıların iştirakı ilə keçirilən əyləncə gecələri ilə məşhur olub.