“Azəriqaz”dan qaz təchizatı ilə bağlı AÇIQLAMA

12:00 18-02-2021 477

“Qaz təchizatının fasiləsiz həyata keçirilməsi nəzarətdə saxlanılır”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Dünəndən etibarən ölkədə hava şəraitinin kəskin şəkildə dəyişməsi və xüsusən də dağlıq rayonlarda şaxtalı havanın müşahidə olunması ilə bağlı bildirilib ki, “Azəriqaz” İB heç yerdə qaz təchizatında kəsilmələrin olmamasına çalışır:

“Bəzi qısamüddətli fasilələr isə bizdən asılı olmayan qəza hallarından irəli gəlib. Ümumilikdə, şəbəkəyə qəbul olunan qazın həcmində də artım var. Təkcə fevral ayının 17-də əhali abonentləri üzrə 32 milyon kubmetrə yaxın qaz qəbulu olub.

Ötən ilin eyni günü ilə müqayisədə artım 2,6 milyon kubmetrə bərabərdir. Deməli, tələbat var və bu da sonda sərfiyyatın artımı anlamına gəlir. Abonentlərimizi əvvəlcədən məlumatlandırmaq borcumuzdur”.

Qeyd edilib ki, qaz təchizatında hər hansı problemlə üzləşən abonentlər 104/185 saylı Çağrı Mərkəzinə, (+994 77) 3 104 104 saylı “Whatsapp” nömrəsinə, birliyin rəsmi “Facebook” səhifəsinə yaza bilərlər.