Deputat Emin Hacıyev YAP Sumqayıt şəhər təşkilatının könüllüləri ötən gün şəhid ailələrini ziyarət edib – FOTO

22:00 18-02-2021 330

Deputat Emin Hacıyevin təşkilatçılığı ilə YAP Sumqayıt şəhər təşkilatının könüllüləri ötən gün şəhid ailələrini ziyarət edib.

YAP Sumqayıt şəhər təşkilatının könüllüləri Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində 43 saylı Sumqayıt şəhər 3-cü seçki dairəsinindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə baş çəkib, sovqatları çatdırblar.

Deputat Emin Hacıyev “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində sovqatların şəhid ailə üzvlərinə çatdırılmasında köməklik göstəriklərinə görə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynova, könüllürlərə və layihənin həyata keçirilməsində xidməti olan hər kəsə dərin minnətdarlığını bildirib.