Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı – FOTO

22:40 18-02-2021 21

Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində 115 406 nəfərin COVID-19 testi yoxlanılıb və onlardan 7 241 nəfərin cavabı pozitiv çıxıb.

Son 24 saat ərizində ölkə ərazisində 7 217 nəfər koronavirus xəstəsi sağalıb ki, bununla da indiyədək müalicəsi və ya karantin müddəti bitənlərin ümumi sayı 2 504 050 nəfərə yüksəlib. Virusdan ölənlərin sayı isə əksinə, azalıb. Belə ki, sutka ərzində Türkiyədə müvafiq diaqnozla 83 nəfər vəfat edib.   

Hazırda ölkənin tibb müəssisələrində ağır vəziyyətdə olan COVID xəstələrinin sayı 1187 nəfərdir.