Suqovuşanda bir nəfər minaya düşərək həlak olub

23:20 18-02-2021 323

Bu gün Tərtərin Suqovuşan kəndində bir nəfər minaya düşərək həlak olub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində həlak olan şəxs Laçın rayonundan keçmiş məcburi köçkün olan, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğludur.