Təyyarə yaşayış evinə düşdü - VİDEO

03:20 19-02-2021 21

Çilidə yüngül mühərrikli təyyarə yaşayış evinin üstünə düşüb.

Bu barədə “Meganoticias” agentliyi məlumat yayıb.

İnsident Çilinin Kurakavi komunnasının ərazisində qeydə alınıb.

Evin üstünə düşən təyyarədə yanğın başlayıb.

Qəzadan dərhal sonra təyyarənin pilotu hadisə yerindən uzaqlaşaraq sağ qala bilib.

Hazırda pilotun xəstəxanada olduğu qeyd olunur. Həkimlər bildirib ki, onun xəsarətləri həyatı üçün təhlükə törətmir.  

Qəza vaxtı yaşayış evində heç kim olmayıb.