“Hercai”nin ulduzu “Sevgililər Günü” paylaşım etmədi, ayrılıq dedi-qoduları yayıldı - FOTO

08:40 19-02-2021 424

Türkiyənin reytinqli serialı “Hercai”nin ulduzu Ebru Şahinin basketbolçu sevgilisi Cedi Osmanla fevralın 14-də (“Sevgililər Günü”) paylaşım etməməsi onların ayrılması barədə söz-söhbətə səbəb olub.

Basketbolçu “Instagram” hesabından E.Şahinlə birgə paylaşım edərək şübhələrə son qoyub.

Daha əvvəl aktrisanın meneceri də ayrılıq xəbərinin həqiqətə əsaslanmadığını açıqlayıb.