Magistraturaya qəbul üçün ərizəsini təsdiq edənlərin sayı bilindi

11:00 19-02-2021 344

2021/2022-ci ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb. 

HerGun.Az-ın məlumatına görə, sənəd qəbulu bu gün səhər saat 10-da bitib. 19764 nəfər ərizəsini təsdiq edib.

Həmin şəxslərdən 18026 nəfəri Azərbaycan, 1738-i rus bölməsindəndir. 

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı üçün birinci şans fevralın 28-də veriləcək.

Bu imtahan üçün ikinci şansın iyun ayı ərzində verilməsi planlaşdırılır.

İlhamə Əbülfət