Bakıda evdən yanmış kişi meyiti tapıldı

12:00 19-02-2021 27

Bakıda evdən yanmış kişi meyiti tapılıb.

“Report”un xəbərinə görə, 39 yaşlı Zaur Qədirovun meyiti yaşadığı Yeni Suraxanı qəsəbəsindəki evində aşkarlanıb.

Onun evdə elektrik sobasının üzərinə yıxılaraq yandığı məlum olub.

Faktla bağlı Suraxanı rayon prokurluğunda araşdırma aparılır.