İbrahim Tatlısəs yeni imici üçün nə qədər pul xərcləyib? – FOTO/VİDEO

22:40 19-02-2021 493

Türkiyənin “Star TV” kanalında yayımlanan “İbo Show” verilişinin yeni buraxılışının anonsunda tanınmış ifaçı İbrahim Tatlısəsin yeni imici marağa səbəb olub.

“Haber Global”ın məlumatına görə, məşhurun öz yeni görkəmi üçün 100 min lirə (Təxminən 25 min manat - red.) xərclədiyi bildirilir. Tatlısəs süni saç və botoksdan istifadə etmədən daha gənc görünmək üçün 8 həftəlik bir imic proqramı həyata keçirib.

Qeyd edək ki, illər sonra efirə qayıdan verilişin növbəti buraxılışı fevralın 20-də yayımlanacaq.