İlon Mask kağız puldansa bitkoini üstün sayır

02:00 20-02-2021 321

ABŞ-ın “Tesla” və “SpaceX” kimi yüksək texnoloji şirkətlərinin sahibi İlon Mask nağd pula nisbətən, bitkoinin daha cəlbedici sərmayə vasitəsi olduğunu bildirib.

“Reuters” xəbər verir ki, tanınmış ixtiraçı “yalnız axmaq adam kağız pulların getdikcə öz cəlbediciliyini itirdiyi bir dövrdə alternativ sərmayə vasitələri axtarmaz”, - deyə bəyan edib.

Daha sonra milyonçu əlavə edib ki, bitkoin də ən az kağız pul qədər yaxşıdır.

Qeyd edək ki, hazırda adıçəkilən kriptovalyutanın yüksəlişi davam edir. Ötən gün Bakı vaxtilə saat 18:54-də bitkoinin dəyəri 53.262 dollaradək artıb.