ABŞ-da klonlaşdırılmış heyvan dünyaya gəlib

03:00 20-02-2021 346

ABŞ alimləri tərəfindən klonlaşdırılan qaraayaqlı gəlincik dünyaya gəlib.

“Associated Press” agentliyi xəbər verir ki, Elizabet Enn adlı heyvanın klonlaşdırılması üçün 30 il bundan öncə ölən Uill adlı gəlinciyin genlərindən istifadə olunub.

Alimlər klonlaşdırılmış canlının hələ ötən ilin dekabrında doğulduğunu, lakin bu barədə məlumat yaymağa tələsmədiklərini bildiriblər.

Belə ki, Elizabet Enn ilə birlikdə bir neçə klonlaşdırılmış gəlincik dünyaya gəlib, lakin onlardan yalnız biri sağ qalıb.