Rusiyada şəhər şurasının spikerinin olduğu avtomobil “atəşə tutuldu” – ANBAAN VİDEO

04:20 20-02-2021 358

Rusiyada Krasnoyarsk şəhər şurasının spikeri Natalya Firyulinanın olduğu avtomobil “atəşə tutulub”.

“Life Shot” “Telegram” kanalı hadisə baş verdiyi anın görüntülərini paylaşıb.

Bildirilib ki, hücum naməlum şəxs tərəfindən fişənglə həyata keçirilib.

Spikerin zərər çəkmədiyi vurğulanır.

Hadisə yerinə polis və FTB əməkdaşları cəlb olunub. Cinayətkarın kimliyi araşdırılır.