Sözün həqiqi mənasında ürəyi daşlaşan kişi öldü - FOTO

07:40 20-02-2021 423

Hindistanın Goa əyalətində evsiz kişi ürəyinin sözün həqiqi mənasında daşa dönməsindən ölüb.

Bu barədə “The Mirror” məlumat yayıb.

Bildirilir ki, hələ şəxsiyyəti müəyyənləşdirilməyən təxminən 50 yaşındakı kişi parkların birində ölmüş halda tapılıb.

Həkimlər onun ölümünün səbəbini təyin etmək üçün ekspertiza etdikdə, ürəyinin çox sərtləşdiyini və ağırlaşdığını görüblər. Onların sözlərinə görə, orqanı zorla yarmaq mümkün olub.

Həkimlər kişidə endomiyokardial fibroz olduğu qənaətinə gəliblər. Doktor Bharat Srikumarın dediyinə görə, evsiz adamın ürəyi demək olar ki, daşa çevrilib. O, bunun çox nadir xəstəlik olduğunu qeyd edib.

Hazırda yerli hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.