ABŞ-da əlinə dolu tapança keçən uşaq evdə anasını öldürdü - FOTO

10:00 20-02-2021 20

Evdə əlinə dolu tapança keçən uşaq təsadüfən anasını öldürüb.

Lenta.ru-nun məlumatına görə, qorxunc hadisə ABŞ-ın Şimali Karolina ştatında baş verib.

Məlumata görə, polis beş uşaq anası olan 25 yaşlı Qabriela Hendersonu yataq otağında ölmüş vəziyyətdə tapıb. Çarpayının yanında kiçik tapança olub.

Hendersonun kiçik övladı da odlu silahdan yaralanıb.

O, xəstəxanaya yerləşdirilib. Uşağın həyati təhlükəsinin olmadığı vurğulanır.

Hadisə vaxtı evdə Henderson və beş uşaqdan başqa heç kim olmayıb. Ehtimal olunur ki, uşaqlar silahı ananın çantasından tapıblar.