“Qə­lə­bə dərs­lə­ri”nin tədris ilə bağlı AÇIQLAMA

11:20 20-02-2021 342

“44 günlük Vətən müharibəsində ermənilər tərəfindən 10 nə­fər şa­gir­di­mi­zin, 20 nə­fər müəl­­­li­mi­mizin hə­ya­tı­na son qoy­ulub, 54 təh­sil müəs­si­sə­miz dar­ma­da­ğın edilib”.

HerGun.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Milli Məclis” jurnalına verdiyi müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, in­san it­ki­lə­ri­ bər­pa edilməsə də, mək­təblə­r əv­vəl­kin­dən da­ha yax­şı şə­kil­də bər­pa olu­nur:

“Qü­rur­­ve­ri­ci hal­dır ki, iş­ğal al­tın­da olan tor­paq­la­rı­mı­zın azad edil­mə­si üçün sə­fər­bər­li­yə qo­şu­lan­la­rın sı­ra­sın­da 20 mək­təb di­rek­to­ru, 32 di­rek­tor müavi­­ni, 671 müəl­lim şü­caət­lə mən­fur düş­mə­nə qar­şı vu­ruş­du. Azər­bay­can or­du­su­nun şan­lı qə­lə­bə­si­nin təd­ris məz­mu­nu­na üz­vi şə­kil­də in­teq­ra­si­ya­sı­nı tə­min et­mək məq­sə­di ilə “Azər­bay­can xal­qı­nın ta­ri­xi qə­lə­bə­si­nin təd­ris­də əks et­di­­ril­mə­si haq­qın­da” Təhsil Na­zir­li­yi­­nin fəaliy­yət pla­nı təs­diq olunub.

Ar­tıq dərs­lik müəl­lifl­ə­ri­miz və nəş­riy­yat­lar “Qə­lə­bə dərs­lə­ri” adı al­tın­da müx­tə­lif fənn və si­nif­ləri əha­tə edən möv­zu­lar ha­zır­la­yıb Təh­sil İnsti­tu­tu­nun rəs­mi sə­hi­fə­si­nə yer­ləş­dir­ib­lər. Müəl­lim­lə­ri­miz bu möv­zu­la­rı vir­tual dərs­lər­də təd­ris edir­lər, həm­çi­nin te­le­dərs­lər­də də qə­lə­bə­yə həsr olun­muş sü­jet­lər ha­­zır­lan­ıb”. 

“Və­tən mü­ha­ri­bə­si, Ali Baş Ko­­man­dan İl­ham Əli­ye­vin rəh­­bər­li­yi və mü­zəff­ər or­du­mu­zun şü­­caəti nə­ti­cə­sin­də əl­də olu­nan qə­lə­bə bi­zə çox şey öy­rət­di. De­yə bi­lə­rəm ki, hər bi­ri­mi­zə dərs ver­di - həm­rəy ol­­ma­ğın, məq­sə­də doğ­ru ad­dım-ad­dım irə­li­lə­mə­yin, ümid­siz­li­yə qa­pıl­ma­ma­­ğın, düz­gün st­ra­te­gi­ya qur­ma­ğın, bu st­ra­te­gi­ya­nı sər­rast tak­ti­ki ad­dım­lar­la dəs­tək­lə­mə­yin, həm hər­bi, həm si­ya­­si, həm də iq­ti­sa­di müs­tə­vi­də uğur­lu ol­ma­ğın va­cib­li­yi­ni gös­tər­di.

Bu sa­da­la­dıq­la­rı­mı­zı ad­dım-ad­dım şa­gird və tə­lə­bə­lə­ri­mi­zə öy­rət­mə­li­yik ki, bir da­ha heç bir mən­fur qüv­və Azər­bay­­ca­na qar­şı qalx­ma­ğa cü­rət et­mə­sin. Güc­lü döv­ləti qur­ma­ğın yo­lu həm də təh­sil­dən ke­çir”, - deyə nazir qeyd edib.