“Neftçi” son dəqiqə qolu ilə qalib gəlib “Qarabağ”dan bir az da uzaqlaşdı - FOTO/VİDEO

20:40 20-02-2021 362

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Sonuncu oyun günündə də iki görüş baş tutub.

Əvvəlcə “Keşlə” öz meydanında “Zirə” ilə qarşılaşıb. Oyunda dörd qol vurulsa da, yekunda sevinən olmayıb. Tərəflər hərəyə bir xalla kifayətləniblər – 2:2.

Turun qapanış matçında isə lider “Neftçi” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda meydan sahibləri əlavə vaxtda vurduqları yeganə qol sayəsində qələbə qazanıblar.

Ötən gün “Qarabağ”ın xal itirməsi fonunda “Neftçi” bu qələbə ilə əsas rəqibindən bir az da uzaqlaşıb və çempionluq yolunda önəmli addım atıb.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” səfərdə “Səbail”ə 0:2 hesabıyla uduzubsa, son çempion “Qarabağ” “Sumqayıt”la qolsuz heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası
16-cı tur
20 fevral

“Keşlə” – “Zirə” 2:2
Qollar:
N.Qurbanov, 19-pen. S.Tounkara, 21 – K.Bauk, 16. D.Volkov, 73.
Qırmızı vərəqə: D.Çantakias, 60.
Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. “ASK Arena”, 16:00.

“Neftçi” – “Qəbələ” 1:0
Qol:
E.Mahmudov, 90+4.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov.
Bakı. “Bakcell Arena”, 18:00.

Zaur Xudiyev